Adres : Nobel Avenue, 23
Amay Shopping Center, 5th Floor
Telefon : (99412) 598 84 95
Mail : [email protected]
İş vaxtları : Bazar ertəsi
Şənbə 09:00 - 18:00

Haqqımızda

“GeoTotal”MMC şirkəti 2006 - cı ildən “GSS” şirkəti adı ilə fəaliyyətə başlamış və 2009-cu ildən GeoTotal MMC şirkəti kimi fəaliyyətini davam etdirir.Şirkət əsasi qoyulduğu vaxtdan bir neçə inkişaf mərhələsi keçmiş, ayaq üstə dura bilmiş və dinamiki inkişaf dövrünə daxil olmuşdur. Şirkətin texniki bazası daima təkmilləşir, təklif edilən xidmət sahələri genişlənir, əməkdaşlarının sayı artır. Şirkətin kollektivinin əsas hissəsini ali geodeziya təhsili olan mühəndislər təşkil edir. “GeoTotal” şirkətinin əməkdaşlarının orta yaşı 28-dir. Əməkdaşların cavanlığı və enerjili olması, onların peşəkar istiqamətdə inkişaf etmək arzusu şirkətin strateji potensialını təşkil edir. Şirkət meydana gələn texniki yenilikləri və perspektiv texnologiyaları diqqətlə izləyir, onlardan daha effektli olanlardan istifadə edir. Müasir geodeziya cihazlarının istehsalında lider kimi tanınan “Leica Geosystema AG” İsveçrə şirkətinin geoseziya cihazlarından istifadə edilməsinə keçid belə siyasət nəticəsində mümkün olmuşdur. İşə peşəkar yanaşma, müasir texnologiyalar, müştəriyə hörmət, onun hər probleminin həllini öz üzərinə götürməyə hazır olmaq - bütün bunlar şirkətə yeni, daimi müştərilər əldə etməyə imkan verir.Biz müştəriyə məsələnin daha effektiv həllini təklif etməyə hazır olan etibarlı, məsuliyyətli və çevik tərəfdaş adımızı yüksək dəyərləndiririk.

BİZİM ÜSTÜNLÜKLƏRİMİZ

Sifarişçinin bahalı avadanlıq və proqramlar almasına ehtiyacı olmur
Sifarişçi üçün yüksəkixtisaslı kadrların axtarılmasına zərurət yaranmır
Sifarişçinin onların peşəkarlığını səhvlər və zərərlər hesabına yoxlamağa ehtiyac qalmır
Sifarişçi üçün “obyektlərarası” dövrdə kadrları saxlamaq zərurəti yaranmır
Sifarişçinin təkrar emalı yüksələn əmsalla ödəmək ehtiyacı qalmır
Sifarişçiyə geodeziya xidmətinin rahat variantlarını seçmək olur.
Qiymət və keyfiyyətin ən münasib nisbəti
Geodeziya işlərinin keyfiyyətinə görə tam məsuliyyət
Vəsaitlərə və vaxta qənaət
Biz istənilən sifarişçi ilə işləyirik
Müasir elektron və optiki cihazlardan istifadə
Etibarlılıq və dəqiqilik
Yüksəkixtisaslı kollektiv