Adres : Nobel Avenue, 23
Amay Shopping Center, 5th Floor
Telefon : (99412) 598 84 95
Mail : [email protected]
İş vaxtları : Bazar ertəsi
Şənbə 09:00 - 18:00

Kalibrasiya


Kalibrasiva nədir? Kalibrasiya alətin müəyyən bir standart ilə və ya hər hansi bir növ ölçmə alətinin dəqiqliyik göstəriciləri ilə müqayisə edilərək yoxlanılması fəaliyyətidir. Kalibrasiyada alətin dəqiqliyinin qorunub saxlanılması ən əsas proseslərindən biridir. Alətin nomal istifadəsindəki dəyərlərinin test edilməsi ilə cihazin daha sonra daha dəqiq nəticələr göstərməsi təmin edilə bilinir. Kalibrasiva tələb olunur: • Yeni aləti test etmək üçün • Alətin təmirindən və ya redaktə olunmasından sonra test etmək üçün • Aləti dövri test olunan zaman • Xüsusi bir istifadədən keçəndən sonra • Çox kritik bir ölçmədən əvvəl və ya sonra • Müşahidələr dəqiq olmadıqda • Bu kimi hadisələrdən sonra: Alətin zərbə alması, titrəməsi və ya mənfi şərtlərə məruz qalması kimi hallarda Ani hava dəyişikliyində Nə üciin aləti kalibr etməliyik? Ölçmə alətlərinin müəyyən bir kalibrlənmə vəziyyətində saxlanılmasının bir çox səbəbləri vardır. Müəyyən dərəcədə bu aydın ola bilər amma, əsas olan müxtəlif ölçmələri standartlara uyğun olaraq eyniliyini təmin etmək və bu ölçmələrin müəyyən keyfiyyətlərinin olması və onların istifadə olunacaq məqsədlər üçün uyğunlaşmalarıdır. Kalibrasiya əldə olunan məlumatların daha sonra istifadəsini təmin edir və nəticədə, geodeziya ölçmə işinin nəticələrinin qərar qəbul etmək üçün yüksək keyfiyyətli təməl qoymaqla, səhvlərin və qeyri-müəyyənliklərin ölçülməsinə icazə verir. Kalibrasiya alətin əvvəlki ölçü standartlarına geri dönməsini təmin edir. Bu alətin ölçmə keyfiyyətinin zəmanəti təmin edir. Ölçmə alətləri kalibrləməsi alətin dəqiq işləməsini təmin etmək üçün yaxşı bir təcrübədir. Kalibrlənmə vasitəsilə əldə olunan ölçmələrin yüksək keyfiyyətli və standartlara bağlı olmasını təmin etməklə alətin yüksək professional etibarlılığı qurunur.